Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın potensial rəqibində koronavirus

''Qarabağ''ın potensial rəqibində koronavirus

Tarix: 8 Sentyabr 2020 10:10

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən olan Xorvatiya "Dinamo"sunun bir futbolçusu koronavirusa yoluxub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi koronavirusa yoluxan oyunçunun adını açıqlamayıb. Buna baxmayaraq, komandada böyük problem olmadığı, oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığı vurğulanıb.

Qeyd edək ki, "Dinamo" 3-cü təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-offda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

 


Etiketlər:  Qarabağın potensial rəqibində koronavirus


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ