Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 11:00
Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, əlbəttə ki, mərasimlər yeni qaydalar çərçivəsində nəzarət mexanizmlərinin qurulması şərti ilə olmalıdır: "Təbii ki, bu barədə son qərar Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək.
Ümumiyyətlə, hesab edirəm ki, payız aylarından sonra COVİD-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi baxımdan müsbət nəticə verməklə yanaşı, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma biz vətəndaş olaraq ehtiyatlı davranmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq".