Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 sentyabr - Dünya Fizioterapiya günüdür

8 sentyabr - Dünya Fizioterapiya günüdür

Tarix: 8 Sentyabr 2020 13:12

Bakı. Trend:

8 sentyabr - Dünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən 1996-cı ildə təsis edilmişdir. Beynəlxalq Fizioterapiya Gününün bütün dünyada qeyd edilməsinin əsas məqsədi sağlamlığın qorunması barədə insanların maarifləndirilməsdir. Fizioterapiya bir çox xəstəliklərin profilaktikasında, ümumi müalicə kursunda, ürək damar, tənəffüs, şəkər xəstəliklərinin müalicəsində çox gözəl vasitədir.

Hospitalımızın fizioterapevt-reabilitoloqları Dr.Səidə Kərimova və Dr.Afət Çəndirli elektroforez, elektrostimulyasiya, fonoforez, mikrodalğa, limfodrenaj, zərbə dalğa terapiyası, traksion dartma, darsonval, vakuum ilə müalicə, maqnitoterapiya, impuls tokları ilə müalicə kimi metodlardan istifadə etməklə hər il minlərlə xəstələrin müalicəsini həyata keçirirlər.

Fizioterapevt-reabilitoloqlar Dr.Səidə Kərimova və Dr.Afət Çəndirli dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış, müntəzəm olaraq xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edir və xəstəliklərin müalicəsində qabaqcıl beynəlxalq təcrübəni istifadə edirlər. Onların müasir müalicə metodları sayəsində ən ağır pasiyentlərdə müxtəlif xəstəliklərin inkişaf etməsinin qarşısı alınır və xəstələr səfa tapırlar. Hospitalda fizioterapevt həkimlərimiz ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və insult xəstəlikləri üçün də vacib, qabaqlayıcı və profilaktik müalicə üsulları tətbiq edirlər.

Bu gün Hospitalımızın fizioterapevtləri Dr.Səidə Kərimovanın, Dr.Afət Çəndirlinin, tibb bacıları Lilpar Məmmədovanın, Minarə Camalxanovanın və Natella Əliyevanın peşə bayramıdır. Onları Dünya Fizioterapiya günü münasibətilə təbrik edir, peşəkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!

(012) 404-08-08

Bakı, K.Kazımzadə, 118

#Səidəkərimova #Afətçəndirli #fizioterapevt

#Dünyafizioterapiyagünü #reabilitoloq

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital


Etiketlər:  sentyabr Dünya Fizioterapiya günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ