Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİM sədri ombudsmanın müraciətinə aydınlıq gətirdi

DİM sədri ombudsmanın müraciətinə aydınlıq gətirdi

Tarix: 8 Sentyabr 2020 15:42

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqə şərtlərinin yumşaldılması təklifinə münasibət bildirib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, o bu gün səhər ombudsmana cavab məktubu hazırlayıb: "Mən yalnız ombudsmanın qaldırdığı məsələyə aydınlıq gətirmək istəyirəm. Müsahibə şərtləri DİM tərəfindən müəyyən edilmir. Bu şərtləri Təhsil Nazirliyi ilə birlikdə müzakirə etdikdən sonra hökumətə təklif edirik. Bu qaydalar artıq təsdiq edilib. İkinci məsələ odur ki, pandemiya ilə əlaqədar problemlər yaşanıb. Bunu nəzərə alaraq, Təhsil Nazirliyi ilə birlikdə hökumətə təkliflərimizi vermişik, bir sıra imtahanlarda müəyyən dəyişikliklər edilib. Müəyyən proqramlar çıxarılıb, imtahanın birinci mərhələsində açıq sualların 50 faizi qapalı suallarla əvəzlənib".

M.Abbaszadə bildirib ki, bu il plan yerləri təxminən 1 faiz artıb. Dövlət sifarişli plan yerləri üzrə artım daha çoxdur: "Bu artım təxminən 8 faizdir. Hazırda əlavə kontingentin müsabiqəyə buraxılması məsələsinə baxılmır. Bu o halda olur ki, plan yerləri çox, abituriyentlərin sayı azdır. Bu il isə elə deyil və müsabiqə üçün kifayət qədər rəqabət şəraiti yaranıb".

DİM sədri bəzi ekspertlər tərəfindən builki qəbul nəticələrinin keçənilki nəticələrdən aşağı olması barədə deyilən fikirləri də düzgün saymayıb.


Etiketlər:  DİM sədri ombudsmanın müraciətinə aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ