Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 17:28
Bir sıra digər ölkələrdən fərqli olaraq Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ön planda insan amili, sosial siyasət, insanların sağlamlığnın qorunması dayandı.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.
E.Məmmədov bildirib ki, bu tədbirlərin həyata keçirilməsi xalqın ölkə başçısına inamını daha da möhkəmləndirdi:
"Baxmayaraq ki, pandemiya səbəbindən biz iqtisadiyyatın xeyli hissəsində qapanmaların şahidi olduq, ancaq bütün bu proseslərin fonunda iqtisadiyyatı qorumaq üçün dövlət bir tərəfdən sistemli qabaqlayıcı tədbirlər gördü, digər tərəfdən əhaliyə sosial ödənişlər reallaşdırıldı, biznesin ən həssas seqmentləri dövlət dəstəyi aldı. Ən əsası odur ki, dövlət başçısının göstərişi ilə əhalinin sağlamlığının qorunması Azərbaycanda reallaşdırılan anti-böhran tədbirlərinin prioritetinə çevrildi".
"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik:Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.