Tarix: 28 Iyun 2019 12:28
"Avrokuboklardakı təmsilçilərimizdən yalnız "Şerif"i cütün favoriti saymaq olar. Ümumiyyətlə, 4 komandamızın heç biri üçün asan olmayacaq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq moldovalı müdafiəçisi Petru Raku deyib.
Mövsümün sonunda "ağ-qaralar"dan ayrılan futbolçu "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubuna rəqib olmasına münasibət bildirib.
"Neftçi"də oynamışam, bu komandanı çox yaxşı tanıyıram. "Sperantsa"nın üstünlüyü ondan ibarətdi ki, bizdə çempionat davam edir, komanda yaxşı vəziyyətdədir. Azərbaycan çempionatında isə son oyun mayın əvvəllərində keçirilib. Orada komandalar yalnız bu yaxınlarda istirahətdən qayıdıblar".
Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.