Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Oyunumuzu tapa bilmədik" - Kipr millisinin baş məşqçisi

Tarix: 9 Sentyabr 2020 09:48

Oyuna yaxşı başlamadıq. Xüsusən hesabda geri düşdükdən sonra oyunumuzu tapa bilmədik. Fasilədən sonra oyunda dönüş yaratmaq üçün dəyişikliklərə əl atdıq. Üstünlüyü ələ alsaq da, qol vurmağı bacarmadıq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının 2-ci turunda Azərbaycana 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandada çoxlu dəyişiklik olduğunu bildirib: "Gənc oyunçulara necə oynamaq lazım olduğunu demişəm. Ancaq bu dəyişikliklər tez zamanda öz bəhrəsini vermir. Onların daha çox inkişaf etməyə ehtiyacı var".

Milli.Az


Etiketlər:  Oyunumuzu tapa bilmədik Kipr millisinin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ