Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 16:56
Azərbaycanda koronavirus pandemiyasına qarşı görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarındakı xəstə sayının kifayət qədər azalması TƏBİB-in 7 xəstəxananın yenidən qeyri-COVİD xəstəxana kimi fəaliyyət göstərməsi barədə qərar verməsi ilə nəticələndi.
Belə ki, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVİD xəstəxanalar kimi xidmət göstərirlər. Lakin Ümumdünya Səhiyyə təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus dünyanı yeni növ koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmağa yönəlik etdiyi "Dünya epidemiyanın ikinci dalğasına daha yaxşı hazır olmalıdır" çağırışı vəziyyətin yenidən kritik həddə çatması ehtimalının yüksək olduğunu göstərir.
Bu həyəcan təbili dünya ölkələrini səhiyyə sistemini hər an gözlənilən ikinci dalğa üçün hazır vəziyyətə gətirmək məqsədi ilə edildiyi heç kimdə şübhə doğurmur.