Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BNA deputatı böyük məbləğdə cərimələyib

BNA deputatı böyük məbləğdə cərimələyib

Tarix: 10 Sentyabr 2020 12:39

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Nəqliyyat Agentliyinin (BNA) işçiləri hərəsi alıb əlinə bir fotoaparatı maşını saxlayan kimi şəkilin çəkib qaçırlar.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

R.Quliyev bildirib ki, BNA əməkdaşları heç bir gəlib izah etmir ki, ay vətəndaş sən burada düzgün saxlamamısan: “Elə heç nə izah etməmiş gəlib maşının şəkilin çəkib qaçırlar. Sürücümdən soruşuram ki, nə qədər cərimə var, elə bir məbləğ dedi ki, burada səsləndirilməli deyil, yəni böyük məbləğdi”.

R.Quliyev bildirib ki, BNA cərimələrdən yığılan pulun hesabatın verməlidir: “Gündə 5 min adama 20 manatdan cərimə yazanda bu xeyli sayda vəsait edir. Ancaq hesabat verilmir ki, bu qədər pul hara xərclənir, nəyə sərf olunur. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyindən bura bir nümayəndə dəvət edək, bir cavab versin görək bu pullar hara xərclənir”.


Etiketlər:  deputatı böyük məbləğdə cərimələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ