Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suares "Yuventus"la danışıqları dayandırdı

Suares

Tarix: 10 Sentyabr 2020 15:54

"Barselona"nın futbolçusu Luis Suares "Yuventus"la transferlə bağlı danışıqları dayandırdıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Bildirilib ki, uruqvaylı hücumçu bunun karyerasında son transfer olacağın düşündüyü üçün Turin klubuna keçidinin düzgünlüyünə şübhə edir. Buna görə o, yekun qərar vermədən əvəvl bütün variantları yenidən qiymətləndirmək istəyir.

Qeyd edək ki, Kataloniya təmsilçisinin yeni baş məşqçisi Ronald Kumanın 33 yaşlı futbolçunu komandada görmək istəmədiyi bildirilir.

Milli.Az


Etiketlər:  Suares Yuventusla danışıqları dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ