Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mikroavtobus yük avtomobilinə çırpılıb: 1 ölü, 3 yaralı

Bakıda mikroavtobus  yük avtomobilinə çırpılıb: 1 ölü, 3 yaralı

Tarix: 11 Sentyabr 2020 11:33

Bakı. Trend:

Bakının Qaradağ rayonunda qəza olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Etiketlər:  Bakıda mikroavtobus yük avtomobilinə çırpılıb ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ