Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Coğrafiya İnstitutu: Bakıda yağıntı sularını istifadə etməklə suya qənaət etmək olar

Coğrafiya İnstitutu: Bakıda yağıntı sularını istifadə etməklə suya qənaət etmək olar

Tarix: 11 Sentyabr 2020 16:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıya düşən yağıntı sularını istifadə etməklə içməli suya qənaət etmək olar.

Trend-in məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun Elmi İşlər üzrə direktor müavini Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Bakıya bir ildə təqribən 230-250 mm yağıntı düşür ki, bu da bir ildə 0,5 kub. km su deməkdir. Onun yarısı toplanaraq istifadə edilə bilsə, içməli suya xeyli qənaət edilmiş olar.

M.Həsənov Bakının Baş planının tərtibində su ilə təchizata xüsusi fikir verilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, özünün təbii su ehtiyatı olmayan Abşeron yarımadasında və Bakı şəhərində yağış sularının toplanaraq yay aylarında yaşıllıqların suvarılmasında və digər texniki mərhələlərdə istifadəsi çox məqsədəuyğundur.


Etiketlər:  Coğrafiya İnstitutu Bakıda yağıntı sularını istifadə etməklə suya qənaət etmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ