Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 16:16
Bakı. Trend:
Böyük Britaniya hökuməti xaricdən gələn sərnişinlər üçün 14 günlük məcburi karantin qaydasını ləğv etməsə, yerli hava limanları və aviaşirkətləri müflislik gözləyir.
Trend-in məlumatına görə, bunu Hitrou hava limanın icraçı direktoru Con Holland-Key deyib.
O bildirib ki, sərnişinlərin koronavirus testlərinin mənfi nəticə verdiyi təqdirdə karantindən çıxması barədə qərar vəziyyəti düzəldə bilər.
Bir müddət əvvəl Hitrou hava limanının açıqladığı hesabata əsasən, avqust ayında sərnişin ötən ilin avqustu ilə müqayisədə 81,5 faiz azalıb.
Milyonlarla iş yerinin qorunması və iqtisadi artımın bərpası üçün 14 günlük məcburi karantin rejiminə alternativ qərarın verilməsi təklif edilib.