Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metroya daxil olan sərnişinlərin hərarəti ölçüləcək - RƏSMİ

Metroya daxil olan sərnişinlərin hərarəti ölçüləcək - RƏSMİ

Tarix: 11 Sentyabr 2020 16:36

Bakı metrosunun fəaliyyəti bərpa olunduqdan sonra stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçüləcək.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, sərnişinlərin hərarəti seçmə üsulu ilə ölçüləcək: "Günün pik saatlarında bütün sərnişinlərin hərarətini ölmək mümkün olmayacaq. Bakı metrosunun xüsusi təlimat keçmiş stansiya işçiləri bu işə cəlb olunacaqlar. Zahirən virus təhlükəsində şübhəli bilinən sərnişinlərin hərarəti yoxlanacaq. Hərarəti olan sərnişinlər metroya buraxılmayacaq.

Ümumiyyətlə, sərnişinlərimiz sanitar-gigiyenik normaların tələblərinə nə qədər çox düzgün riayət etsələr, "Bakı Metropoliteni"nin fəaliyyəti bir o qədər təhlükəsiz və rəvan qaydada davam etdiriləcək".


Etiketlər:  Metroya daxil olan sərnişinlərin hərarəti ölçüləcək RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ