Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 16:56
Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun üçün məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq: "Hərarəti və digər şübhəli əlamətləri olan şagird və müəllimlər həmin otağa yerləşdiriləcək, daha sonra təcili tibbi yardım çağırılacaq və xəstədən test götürüləcək".