Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 21:08
Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova II Avropa Oyunlarında final görüşünə çıxıb.
Qol.az-ın məlumatına görə, 62 kiloqram çəki dərəcəsində yarışan idmançımız Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb. O, rəqibinə 0:4 uduzaraq gümüş medalla kifayətlənməli olub.
Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.
Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.