Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ dörd bombardmançı təyyarəsini Quama ötürüb

ABŞ dörd bombardmançı təyyarəsini Quama ötürüb

Tarix: 12 Sentyabr 2020 03:08

Bakı. Trend:

ABŞ Hava Qüvvələri dörd "B-1 B Lancer" strateji bombardmançı təyyarəsini və 200 hərbçisini Cənubi Dakota ştatından Quamdakı "Andersen" hərbi hava bazasına yollayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələrinin Sakit Okean komandanlığının saytında yayımlanan məlumatda bildirilir.

"Bombardmançılar [hava bazada] müttəfiqlər, tərəfdaşlar və birləşmiş qüvvələrlə Sakit Okean hava qüvvələrinin təlimlərini dəstəkləmək, eyni zamanda bölgədəki beynəlxalq asayişi qorumaq və strateji vəzifələri yerinə yetirmək üçün yerləşdirilib" dedi.

Açıqlamaya görə, Quama gəlmədən əvvəl ötürülən bombardmançılardan ikisi Yaponiyanın özünümüdafiə qüvvələri ilə ortaq təlimdə iştirak ediblər.


Etiketlər:  ABŞ dörd bombardmançı təyyarəsini Quama ötürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ