Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2025 09:48
İspaniya La Liqasının 12-ci turunda "Barselona" komandası səfərdə "Selta" ilə qarşılaşıb.
Sonxeber.net xəbər verir ki, gərgin keçən matçda kataloniyalılar 4:2 hesabı ilə qalib gəliblər.
Qonaq komandanın heyətində Robert Levandovski het-trik müəllifi olub, daha bir qolu isə gənc ulduz Lamin Yamal vurub. Meydan sahibləri iki dəfə fərqlənsələr də, nəticəni dəyişmək mümkün olmayıb.
Bu qələbədən sonra "Barselona" xal sayını 28-ə çatdıraraq lider "Real Madrid"i 3 xal geridən izləyir. "Selta" isə 13 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Tural