Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İquanin "İnter Mayami" ilə müqavilə imzalayacaq

İquanin

Tarix: 12 Sentyabr 2020 05:20

Bakı. Trend:

Argentinalı futbolçu Qansalo İquanin Şimali Amerika Əsas Futbol Liqasında (MLS) oynayan "İnter Mayami" klubuna keçəcək.

Trend TASS-a istinadən xəbər verir ki, İtaliyanın "Yuventus" klubu artıq 32 yaşlı argentinalı ilə müqaviləni ləğv etmək barədə razılığa gəlib.

Q.İquanin 2016-cı ilin yayından "Yuventus"da oynayır, iki dəfə İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında icarə əsasında çıxış edib. Bu mövsüm argentinalı forvard "Yuventus"un heyətində müxtəlif turnirlərdə 40 matç keçirib, on qol vurub və 8 faydalı ötürmə edib.

Futbolçu Argentina yığmasında 75 oyun keçirib, 31 qol vurub və 13 faydakı ötürmə verib. Milli komanda ilə birlikdə 2014-cü ilin Dünya Kubokunun gümüş mükafatçısı olub.


Etiketlər:  İquanin İnter Mayami ilə müqavilə imzalayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ