Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dadaşovdan dubl - Video

Dadaşovdan dubl - Video

Tarix: 12 Sentyabr 2020 11:00

ABŞ-ın USL çempionatında 12-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, milli komandamızın üzvü Rüfət Dadaşovun da çıxış etdiyi “Finiks Rayzinq” evdə “Las Veqas-Layts”ı qəbul edib və 5:1 hesablı qələbə qazanıb.

Futbolçumuz bu matça start heyətdə daxil olub və dubl edib. 27-ci dəqiqədə hesabı açan 29 yaşlı  hücumçu 44-cü dəqiqədə özünün və komandasının 2-ci qolunu vuraraq fərqi artırıb. Dadaşov bununla da mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb.

Bundan əlavə komandanın oyununda uzun müddətdən sonra məhdud sayda azarkeş iştirak edib.

Qeyd edək ki, “Finiks Rayzinq” hazırda B qrupunda 26 xalla liderdir.

Xatırladaq ki, R.Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.






 


Etiketlər:  Dadaşovdan dubl Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ