Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' klubu 12 futbolçusunu transferə çıxarıb

''Barselona'' klubu 12 futbolçusunu transferə çıxarıb

Tarix: 12 Sentyabr 2020 14:10

İspaniyanın "Barselona" klubu 12 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Kataloniya təmsilçisi əməkhaqqı xərcini azaltmaq və gəlir götürmək üçün transferə çıxardığı oyunçuların adlarını müəyyənləşdirib.

La Liqa klubu Luis Suares, Arturo Vidal, Rafinya Alkantara, Monçu, Oriol Buskets, Samuel Umtiti, Nelson Semedo, Jan-Kler Todibo, Martin Braytvayt, Ektor Firpo, Mussa Vaqe və Xuan Miranda üçün təklifləri dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, "Barselona" "Arsenal"dan Ektor Belyerin, "Sevilya"dan Jül Kunde, "Lion"dan Memfis Depay, "Liverpul"dan Corcino Veynaldumun transferində maraqlıdır.


Etiketlər:  Barselona klubu futbolçusunu transferə çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ