Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni məşhur verilişin aparıcısı oldu

Azərbaycanlı müğənni məşhur verilişin aparıcısı oldu

Tarix: 12 Sentyabr 2020 16:50

Azərbaycan əsilli rusiyalı müğənni Timur Rodrigez Regina Todorenko ilə birlikdə "Pyatnitsa" telekanalının məşhur "Oryol i Reşka. Rossiya" şousunun aparıcısı olacaq.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Rodrigez bu barədə Instagram səhifəsində yazıb.

"Ümid edirəm ki, bu sizinçün xoş sürpriz olacaq. Məmnuniyyətimi gizlətmədən deyirəm ki,"Oryol i Reşka. Rossiya" şousunun yeni mövsümünü Regina ilə birlikdə aparacağıq. Çoxlu dəlilik və gözəllik vəd edirik", - müğənni yazıb.

Aparıcılar Rusiyada səyahət edərək ölkənin ən maraqlı məkanları ilə tamaşaçılrı tanış edəcəklər.

Verilişin ilk buraxılışı sentyabrın 28-nə planlaşdırılıb.

Xatırladaq ki, 2018-ci ildə elə bu şounun ulduzlarla olan xüsusi mövsümünün bir verilişində Timur aparıcılıq etmişdi. O vaxt Timur Janna Badoyeva ilə Krasnodarda veriliş hazırlamışdı.

Timur Rodrigez Penzada, azərbaycanlı kukla teatrı aktyoru Mikayıl Kərimovun ailəsində doğulub. O, tək müğənni deyil, həmçinin aktyor, ŞHK, Comedy Club, "Birə-bir", "Buz dövrü" layihələrinin və s. iştirakçısıdır. 

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni məşhur verilişin aparıcısı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ