Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 23:02
"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" Türkiyə Superliqasında ilk oyununa çıxıb.
Qol.az xəbər verir ki, İstanbul təmsilçisi 1-ci turda "Qaziantep"lə qarşılaşıb. Matç Fatih Terimin baş məşqçisi olduğu komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray" - "Qaziantep" - 3:1
Qollar: Falkao, 8-pen (1:0), Kılınç, 28 (2:0), Falkao, 40 (3:0), Ribeyro, 53 (3:1)
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.