Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir - FOTO

Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir - FOTO

Tarix: 13 Sentyabr 2020 14:44

Gürcüstandan  daha 350 nəfər Azərbaycana təxliyə ediləcək.

Sonxeber.net bildirir ki, bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki,  təxliyə edilənlərdən 97-si Azərbaycan, 240-ı Gürcüstan, 6-sı Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə, 3-ü Ukrayna və 1-i Pakistan vətəndaşıdır.

Təxliyə olunacaq şəxslər bu gün Marneulidəki klinikalardan birində koronavirusla bağlı test veriblər. Test cavabı neqativ olan şəxslər sentyabrın 14-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan  2500-dən  çox azərbaycanlının  təxliyəsi həyata keçirilib.


Etiketlər:  Gürcüstandan daha Azərbaycan vətəndaşı təxliyə edilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ