Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sabah”la “Qəbələ”nin 12-ci görüşü

“Sabah”la “Qəbələ”nin 12-ci görüşü

Tarix: 13 Sentyabr 2020 15:38

Bu gün Azərbaycan Premyer Liqasının 2-ci turunun son oynunda “Sabah” "Qəbələ"ni qəbul edəcək.

Qol.az xəbər verir ki bu qarşılaşma iki komanda arasında 12-ci duel olacaq.

İlk dəfə 2018/19 mövsümündə görüşən rəqiblər indiyədək 11 dəfə üz-üzə gəlib. Bunlardan yeddisi Premyer Liqa, dördü Azərbaycan kubokuna təsadüf edib.
 

“Qəbələ”nin 7 dəfə qalib gəldiyi matçlarda bakılılar 3 qələbə qazanıbsa, bir matçda heç-heçə qeydə alınıb. Əyalət təmsilçisi rəqib qapısına 15 qol vurub, 9-nu buraxıb. Bu qarşılaşmalarda “qırmızı-qaralar”ın ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.

 
Premyer Liqadakı oyunlarda hər komanda 3 dəfə qalib gəlib, 1 matç sülhlə başa çatıb. Rəqiblər hərəyə 7 dəfə qol sevinci yaşayıb. “Qəbələ” səfərdəki 6 görüşdə 4 dəfə qaib gəlibsə, 2 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi qonaqların xeyrinədir – 8:6.

Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

 


Etiketlər:  Sabahla Qəbələnin görüşü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ