Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 13:02
İyun ayında Rusiyadan Bakıya gətirilmiş daha iki müasir tipli qatarın "Nərimanov" elektrik deposunda sazlanması, tənzimlənməsi və sınaqları başa çatdırılaraq xəttə buraxılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin istehsalı olan 81-765.B/766.B seriyalı hərəkət tərkibləri Yaşıl xətt üzrə hərəkət edəcək: "Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında "Metrovaqonmaş"la bağlanmış müqaviləyə əsasən, 2020-2022-ci illər ərzində Bakı metropoliteninə, hər il 20 vaqon olmaqla, ümumilikdə, 60 yeni vaqon gətirilməlidir. Beləliklə, 2020-ci il ərzində gətirilməsi nəzərdə tutulmuş və texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub olan 4 yeni qatar artıq sərnişindaşıma prosesinə cəlb olunub. İlk iki belə qatar iyun ayının 29-dan xətdə işləyir.
Beləliklə, Bakı metropoliteninin lokomotiv parkındakı ən müasir tipli qatarların sayı 15-ə çatdırılıb.