Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəblər belə fəaliyyət göstərəcək - VİDEO

Məktəblər belə fəaliyyət göstərəcək - VİDEO

Tarix: 14 Sentyabr 2020 15:10

Yeni tədris ilindən etibarən şagirdlərin dərslərdə əyani formada iştirak etmələri üçün təhsil müəssisələri yeni sanitariya və gigiyena qaydalarını tətbiq edəcəklər. 

Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, məktəblərə giriş və çıxış zamanı şagird və müəllimlər arasında fiziki məsafənin saxlanılması üçün girişdə xüsusi işarələr qoyulub. Məktəbə daxil olan şagirdlərin təmassız termometr vasitəsilə hərarəti ölçüləcək və hərarəti normadan yüksək olan şagirdlər evə göndəriləcək. 

Məktəbin girişi və çıxışı spirt tərkibli məhlullarla təmin edilib. Şagirdlər məktəbə daxil olarkən onların  müəssisə daxilində sosial məsafə saxlamalarına nəzarət olunacaq. Xəstəlik şübhəsi olan şəxs tibb otağında müayinə ediləcək və karantin otağına yerləşdiriləcək. Zərurət yaranarsa, təcili tibbi yardıma müraciət ediləcək. 

Siniflərdə partalar ara məsafəsi ilə yerləşdirilib. Müəllimlər tibbi maskadan istifadə edəcək. Şagirdlərin maskadan istifadəsi isə valideynlərin seçiminə verilir.

Həmçinin yeni qaydalara görə, idman və akt zallarından, kitabxana və yeməkxanalardan istifadə dayandırılır.


Etiketlər:  Məktəblər belə fəaliyyət göstərəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ