Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 17:30
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç komanda ilə məşqlərə başlayıb.
Qol.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu zədəsini tam sağaldıb. O, Avropa Liqasının 2-ci təsnifat mərhələsinsdə "Şemrok Rovers" (İrlandiya) ilə matçda meydanda ola bilər.
Qeyd edək ki, Zlatan İbrahimoviç son bir neçə gündə fərdi məşqlər edib. İsveçli oyunçu ayağındakı zədə səbəbindən "Viçentsa" və "Breşiya" ilə oyunları buraxıb.