Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 18:18
Acun Ilıcalının "Survivor" yarışmasına qatıldıqdan sonra Türkiyədə də tanınan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev İstanbula yollanıb.
Sonxeber.net bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, idmançı bir müddətdir orada yaşayır. Pərviz hətta Türkiyədə işə də başlayıb. O, idman zallarından birində boks dərsləri verir.
Abdullayevin birdəfəlik İstanbula köçüb-köçmədiyi isə məlum deyil.
Qeyd edək ki, Pərviz Türkiyədə serial və film dəvəti aldığını da demişdi. O bildirib ki, şərtlər uyğun olarsa, çəkilməyə razılıq verəcək.