Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 18:54
Bakı. Samir Əli - Trend:
Bu gün ÜST-ün Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb.
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, tədbirdə Azərbaycanı Səhiyyə naziri Oqtay Şirəliyev təmsil edir və o, ölkənin COVID-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.
Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Komitəsinin sessiyası bu il 14-15 sentyabr tarixində virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır.
Bu komitədə qəbul olunan qərarlar ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.
Komitənin sessiyası 15 sentyabr 16:00-da yekunlaşacaq.