Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbdənkənar təhsil müəssisələrində dərnəklərin təşkilinə başlanılır

Məktəbdənkənar təhsil müəssisələrində dərnəklərin təşkilinə başlanılır

Tarix: 15 Sentyabr 2020 15:12

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-2021-ci tədris ili çərçivəsində cari ilin 15 sentyabr tarixindən başlayaraq Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində onlayn qaydada tədrisin təşkilinə başlanılır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.

Sözügedən dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət edə bilərsiniz.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri haqqında məlumatı burdan əldə etmək mümkündür: Məktəbdənkənar təhsil müəssisələri

Qeyd edək ki, yaxın günlərdə məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına onlayn qaydada qeydiyyatın aparılması üçün elektron sistemin istifadəyə verilməsi planlaşdırılır.


Etiketlər:  Məktəbdənkənar təhsil müəssisələrində dərnəklərin təşkilinə başlanılır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ