Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donald Tramp rəqibini narkotik testindən keçməyə çağırdı

Donald Tramp rəqibini narkotik testindən keçməyə çağırdı

Tarix: 15 Sentyabr 2020 18:16

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək seçkilərdə rəqibi olacaq Co Baydenə narkotik testindən keçməyi təklif edib.

Trend-in məlumatına görə, ABŞ prezidenti özünün də testdən keçəcəyini bildirib:

“Hesab edirəm ki, o da narkotik testindən keçməlidir. O nə isə qəbul edir və bu, ona gümrahlıq verir. Bəlkə də o, 15 fincan qəhvə içir”.

D.Tramp vurğulayıb ki, debat zamanı C.Bayden gözlənilmədən yaxşı çıxış etməyə başladı və bunu yoxlamaq lazımdır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.


Etiketlər:  Donald Tramp rəqibini narkotik testindən keçməyə çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ