Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 19:38
"Arsenal" futbolçusu Pyer-Emerik Obameyanqla yeni müqavilə imzalayıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi qabonlu hücumçu ilə sözləşmənin müddətini 2023-cü ilədək uzadıb.
O, bu müddətdə ümumilikdə 60 milyon funt-sterlinqə yaxın gəlir əldə edəcək.
Qeyd edək ki, Obameyanq "Arsenal"a 2018-ci ildə "Borussiya"dan (Dortmund) keçib.