Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 21:00
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 700 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır.
Bu barədə Trend Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.
Məlumata görə, 2020-ci ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 88 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin avqust ayından 66 obyekt çoxdur.
2020-ci ilin avqust ayında Türkiyədə 170 408 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 54,2 faiz çoxdur.
2020-ci ilin avqust ayında Türkiyədə 3 893 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 8 faiz çoxdur.