Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil Nazirliyi məktəblərə müraciət etdi - Formula 1 ilə bağlı

Təhsil Nazirliyi məktəblərə müraciət etdi - Formula 1 ilə bağlı

Tarix: 24 Aprel 2019 14:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək "Formula 1 SOCAR Azərbaycan Qran-prisi" ilə bağlı təlimat məktubu göndərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.

Xatırladaq ki, aprelin 26-28-da Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Təhsil Nazirliyi məktəblərə müraciət etdi Formula ilə bağlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ