Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 15:15
Hər şey çox yaxşıdır, mən yeni mahnı üzərində çalışıram.
Sonxeber.net bildirir ki, bunu modern.az-a açıqlamasında Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
"İnanın, bu dəqiqə o qədər gərgin iş rejimindəyəm ki... Bilmirəm, mahnını yazdırım, onu aranjiman etdirim... Zəng edib deyirlər ki, "barənizdə nəsə eşitmişik", "səhhətinizdən narahatıq", "efirlərdə görünmürsüz". Bir sözlə, hər şey yaxşıdır", - Nisə Qasımova bildirib.
Müğənni tezliklə onu sevənləri öz mahnıları ilə sevindirəcəyini vurğulayıb.
Qeyd edək ki, Xalq artistinin xərçəngə yoluxması ilə bağlı məlumatlar yayılmışdı.