Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 00:48
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan ölənlərin sayı 5 025 nəfərə yüksəlib, 9 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 9 xəstə dünyasını dəyişib".
Qeyd edilir ki, ümumilikdə Moskvada koronavirusa yoluxma hallarının sayı 273 mini ötüb, təxminən 233 min xəstə isə sağalıb.