Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Restoranda ad günü keçirən Günel Dəmirova və rəfiqələri saxlanılıb (FOTO)

Restoranda ad günü keçirən Günel Dəmirova və rəfiqələri saxlanılıb (FOTO)

Tarix: 17 Sentyabr 2020 11:06

Bakı. Trend:

Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun 6 nəfər rəfiqəsi, restoran işçilərindən 4 nəfər müəyyən olunub.

Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Restoranda ad günü keçirən Günel Dəmirova və rəfiqələri saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Restoranda günü keçirən Günel Dəmirova rəfiqələri saxlanılıb FOTO


RƏYLƏR