Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 11:48
Milli Məclisdə sənədlərlə iş barədə yeni təlimatlar hazırlanır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov deyib.
Onun sözlərinə görə, bu xüsusi əhəmiyyət kəsb edən sənəd rolunu oynayacaq.
S.Sadıqov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mütəmadi təkliflər səsləndirilib: "Hesab edirəm ki, bu məsələyə yaxın müddətdə baxıla bilər".
Qeyd edək ki, Milli Məclisdə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin qəbul olunması ilə bağlı təkliflər səsləndirilib.