Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 15:42
Sənəd qəbulu zamanı V ixtisas qrupa sənəd verməyən abituriyentlər ixtisas seçimi zamanı V qrup üzrə olan ixtisasları seçə bilməzlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, subbakalavarların yerləşdirilməsi qaydasına əsasən, plan yerlərinə əvvəlcə abituriyentlər yerləşdirilir. Daha sonra subbakalavarın arasında keçirilən müsabiqə əsasında subbakalavarlar müvəffəqiyyət göstəricilərinə görə plan yerlərinə yerləşdirilirlər.