Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 22:21
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 17-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 601 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 1 035 286 test aparılıb. Aktiv xəstə sayı 1 917 nəfərdir, onlardan 112 nəfər reanimasiyadadır, 9 nəfər isə süni tənəffüs aparatına qoşulub.