Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 09:55
Bakı. Ceyhun Ələkbərov - Trend:
Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqalada bərpa-konservasiya işləri davam edir.
Bu barədə Trend-ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli dünya əhəmiyyətli tarixi abidə olan Çıraqqalada aparılan bərpa-konservasiya işləri ilə tanış olub.
Qeyd edək ki, ötən ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb.