Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 16:22
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Qol.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib.
Ağdam klubu “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Bir oyundan ibarət olacaq bu mərhələnin oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.