Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib"

Tarix: 18 Sentyabr 2020 15:21

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Ermənistan parlamentində müzakirə olunan "Soyqırımı məsələləri haqqında" qanun layihəsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, T.Gəncəliyev deyib ki, qanun layihəsi tamamilə dünya ictimaiyyətini aldatmağa, çaşdırmağa yönəlib:

"Ermənistan son zamanlar Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün bu cür aldadıcı və fikiryayındırıcı addımlar atır. Ermənistan parlamenti bu qanun layihəsi ilə qondarma soyqırımı məsələlərini tez-tez gündəmə gətirir. Amma Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən tərəf kimi onların bu qanun layihəsini gündəmə gətirməsi gülüncdür".

İcma sədri vurğulayıb ki, Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan bilavasitə Xocalıda soyqırımı törətmiş, əlləri qana batmış şəxslərdir:

"Düşünürəm ki, Ermənistan parlamenti qanun layihəsi qəbul etmək əvəzinə Sarkisyan və Koçaryanın soyqırımı cinayətlərində iştirakını mühakimə etsinlər. Onlar bu zaman səmimi görünə bilərlər. Yoxsa, bu formada soyqırımından danışan erməni tərəfinin fikirləri qeyri-səmimi görünür".

Milli.Az


Etiketlər:  Ermənistan parlamentində müzakirə olunan Soyqırımı məsələləri haqqında qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ