Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 16:06
Bakı. Samir Əli - Trend:
Həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı Apellyasiya Məhkəməsi başlayıb
Trend-in məlumatına görə, bu gün onun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılır. Prosesə hakim Elmar Rəhimov sədrlik edir.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.
Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.