Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 16:27
Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.
XXX
16:01
Tofiq Yaqublunun məhkəməsi başlayıb
Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, bu gün onun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılır. Prosesə hakim Elmar Rəhimov sədrlik edir.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.
Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.