Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı

Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı

Tarix: 18 Sentyabr 2020 16:33

Bakı. İlhamə İsabalayeva - Trend:

Meşələrin mühafizəsi ilə bağlı ən problemi rayonlarımız Oğuz, Qəbələ, İsmayıllı və Lerikdir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekspert saatı" verilişində nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib

Onun sözlərinə görə, bu rayonların sakinləri həmişə meşələrdən odun qırırlar: “Bu ərazilər ən problemli yerlərimizdir. Qəbələdə meşələrin mühafizəsi işi ilə bağlı ETSN və DİN-in daxili məlumatı əsasında 5 nəfər həbs edilib. Bu barədə ictimaiyyətə məlumat verilib. Lerikdə belə cəza tədbirləri bizim tərəfimizdən görülür. Əsas yaşayış məntəqələrinin meşənin işində olması, bəzi yaşayış məntəqələrində qazlaşdırmanın olmaması meşələrin mühafizəsini çətinləşdirir”.
N.Xıdırov əlavə edib ki, ağac qıranlar əsasən, həmin kənddə yaşayanlar olurlar.


Etiketlər:  Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ