Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 22:03
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 18-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 921 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 1 020 029 test aparılıb. Aktiv xəstə sayı 1 953 nəfərdir, onlardan 111 nəfər reanimasiyadadır, 10 nəfər isə süni tənəffüs aparatına qoşulub.