Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 07:16
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq və Əfqanıstanda Amerika qoşunların sayını azaltmağa davam etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə D.Tramp mətbuat konfransı zamanı bildirib.
ABŞ prezidenti qeyd edib:
"Qoşunlarımızın xeyli hissəsini vətənlərinə qaytardıq. Onların bir çoxu yaxın gələcəkdə evlərinə dönəcəklər".
Amerika lideri ABŞ-ın daha əvvəl Suriya ilə Türkiyə arasındakı sərhəddən" də qüvvələrini geri çəkdiyini xatırladı.