Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 09:18
Bakı. Trend:
Yevlax şəhərinin Aşağı Salamabad kəndində ümumi sahəsi 800 kv.m olan birmərtəbəli inzibati binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın fəaliyyət göstərməyən, yararsız olan hissəsində tavan 65 kv.m sahədə və döşəmə 1 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.